01 dekabr 2025 13:17
67

Oğullarını belə təbrik etdilər - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva oğulları Əli və Mikayıl Ağalarovları ad günləri münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, o, bununla bağlı instaqram hesabında paylaşım edib.

“Əziz Əli və Mika, ad gününüz mübarək! Sizə xoşbəxtlik, sağlamlıq və sevgi arzulayıram. Hər şey üçün minnətdaram! Allah bütün uşaqlara cansağlığı versin!”, - paylaşımda deyilir.

Xalq artisti Emin Ağalarov da instaqram hesabında videopaylaşım edərək oğulları Əli və Mikayılı təbrik edib: “Ad gününüz mübarək, mənim övladlarım, mənim qürur mənbələrim”.