Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibəti ilə gənclərlə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov gəncləri Beynəlxalq Könüllülər Günü münasibəti ilə təbrik edib. Bayram Aslanov 2020-ci il ölkəmizdə “Könüllülük ili” elan edildikdən sonra bu sahə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, bildirib ki, gənclər arasında könüllülük fəaliyyəti artıq ənənəyə çevrilib. Ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarını Prezident cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsidir.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə bu gün ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq, vətənpərvər yeni nəsilin formalaşdığını qeyd edib:”Gənclərin cəmiyyətdə fəallığı, idarəetmədə rolu artır, onlara mühüm rəhbər vəzifələr etibar olunur, seçkili orqanlarda iştirak üçün geniş imkanlar yaradılır. Gənclərimiz könüllü fəaliyyətdə olduğu kimi, beynəlxalq arenalarda da ölkəmizi fəal şəkildə təmsil edirlər”.
Daha sonra könüllülük fəaliyyətinə qoşulmaq istəyən gənclərin istəkləri dinlənilib.
Sonda bir qrup könüllü gəncə “Təşəkkürnamə” və hədiyyə təqdim edilib.
Naxçıvanda Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib