05 dekabr 2025 23:00
130

Vətənin şəhid övladlar unudulmur

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Kazımabad kəndində Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş igidlərimiz şəhid Murad Bədirov, şəhid Zakir Bədirov, şəhid İlqar Ağayev və şəhid Şəhriyar Əsgərovun məzarlarını  ziyarət edib, ehtiram əlaməti olaraq önünə gül dəstələri düzüb.

Vətən sevdalıların qəhrəmanlıqla dolu döyüş yolu və göstərdikləri şücaətləri barədə danışan icra başçısı  qeyd edib ki,  qeyrətli Azərbaycan övladların canından keçməsi, fədakarlığı bu gün ölkəmizdə möhkəm birlik və əmin-amanlıqla yaşamağımızın əsas səbəblərindən biridir..

Ziyarət çərçivəsində icra başçısı Rafiq Cəlilov şəhid ailələri ilə səmimi söhbətlər aparıb, onların qayğı və ehtiyaclarını öyrənib. Həmçinin  şəhid ailələrinə  daim dövlətimizin diqqət və qayğısından  danışıb və canını Vətənə fəda edən  şəhidlərin qəhrəmanlığı xalqımızın yaddaşında  əbədi  yaşamaqla və gələcək nəsillər üçün örnək olacağını deyib.

Şəhid ailələri dövlətimizin göstərdiyi diqqət və qayğıdan razı qaldığını bildirib,  Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü