Türkiyənin "Fənərbağça" klubu Fransa millisinin və Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasının futbolçusu Nqolo Kantenin keçidini reallaşdırıb.
“İki sahil” xəbər verir ki, bu transfer FIFA-nın xüsusi icazəsi əsasında baş tutub.
Ötən gün Səudiyyə klubu lazımi sənədləri sistemə vaxtında yükləmədiyi üçün alınmayan keçid gecə saatlarında reallaşıb.
"Fənərbağça" 35 yaşlı futbolçu ilə 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq.
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çelenc Kubokunun oyununa təyinat alıb