15 aprel 2026 11:06
117

Husilər və İraqdakı silahlı qruplar Hörmüz boğazında münaqişəyə qoşula bilərlər

Yəmənin qiyamçı hərəkatı “Ənsarallah” (Husilər) və İraqdakı silahlı qruplar ABŞ-nin Hörmüz boğazını blokadaya alması ilə əlaqədar İranla Amerika və İsrail arasında münaqişənin fəal iştirakçılarına çevrilə bilərlər.

“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Mənbə hesab edir ki, boğazın bağlanması münaqişəni yalnız daha da şiddətləndirə bilər:

“İran müharibə zamanı Qətər və Səudiyyə Ərəbistanının enerji infrastrukturu və Amerika hərbi bazalarına hücum edib, amma indi İranın Yəmən və İraqdakı proksi qüvvələri ABŞ gəmiləri və tankerlərinə hücumlara qoşularaq münaqişədəki rollarını daha da dərinləşdirə bilərlər”.