“Avropa İttifaqına qoşulmaq və ya qoşulmamaq siyasi qərar məsələsidir”.
“İki sahil” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Avropa İttifaqı müəyyən bir məntiqlə genişlənməmək və ya genişlənmək qərarı verə bilər. Biz heç kimin iradəsini məcbur edə bilmərik. Əgər Avropa İttifaqı bizi tamhüquqlu üzv kimi qəbul etmək qərarına gəlsə, əla olar. Əgər belə olmasa, onda biz yenə qalib gələcəyik, çünki biz ən yaxşı müasir standartlara cavab verən ölkə olacağıq”, - Baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistanın strategiyası ən yaxşı standartlara cavab verən ölkə olmaqdır: “Bu gün başa düşürük ki, bu nöqtədən çox uzağıq”.