Macarıstan hələ də Rusiyadan neft tədarükündən imtina edə bilməz.
“İki sahil” xəbər verir ki, bunu Macarıstanda parlament seçkilərində qalib gələn "Tisza" müxalifət partiyasının lideri Peter Madyar Kossuth Radio-ya bildirib.
"Dostluq" kəməri qalacaq, biz Macarıstanın bu anda... Rusiya neftindən imtina edə bilməyəcəyini açıq şəkildə bildirmişik", - deyə o, vurğulayıb.
Daha əvvəl Ukraynanın STRANA.ua nəşri Madyarın Rusiya qazı ilə bağlı mövqeyinin Kiyevlə dialoqu çətinləşdirəcəyini bildirmişdi.