Amerikalı reper Kanye Uest, antisemit çıxışları ilə bağlı mübahisədən sonra 11 iyunda Marseldə keçirilməsi planlaşdırılan konsertini təxirə salıb. Daha əvvəl Fransa Daxili İşlər Nazirliyi konserti qadağan etmək niyyətində olduğunu açıqlamışdı.
“İki sahil” xəbər verir ki, bu barədə "France Info" məlumat yayıb.

Musiqiçi, çıxışını qeyri-müəyyən müddətə təxirə salmaq qərarını X sosial media platformasında açıqlayaraq, bunun pərəstişkarlarını qorumaq istəyi ilə bağlı olduğunu izah etmişdi.
Bu ayın əvvəlində amerikalı reperin Böyük Britaniyaya girişi rədd edilmişdi, bu da onun antisemit çıxışlarına görə idi. Bu, onun iştirak etməsi planlaşdırılan festivalın ləğvinə səbəb olub.
Lakin Hollandiyanın onun 6 və 8 iyunda keçirilməsi planlaşdırılan konsertlərini ləğv etmək planı yoxdur. Ölkə hakimiyyəti iddia edir ki, giriş qadağası qoymaq üçün ictimai asayiş və ya milli təhlükəsizliyə potensial təhdid kimi daha tutarlı bir səbəb tələb olunur.