26 may 2026 23:58
94

Şəhidlər unudulmur

Birinci Qarabağ müharibəsində  sinəsini Vətəninə sipər edib şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan  biri  Sarvan Qurbanovdur. Milyonların ürəyində özünə əbədi məkan quran bu Vətən sevdalısı Astara elində boya-başa çatıb. Hazırda rayondaki   Motalayataq kənd tam orta məktəbi ölümsüzlüyə qovuşan şəhid  Sarvan Qurbanovun adını daşıyır.  

Bu günlər təhsil ocağında onun anım gününə həsr olunmuş tədbir keçirilib.

YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasovun, aparatın əməkdaşı İdrak Seyfullazadənin , Lənkəran- Astara Regional Təhsil İdarəsinin Astara rayon üzrə təhsil Sektorunun müdiri – YAP ərazi partiya təşkilatının sədri Xədicə Əliyevanın, Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru - YAP ərazi partiya təşkilatının sədri Bahadur Əhmədovun, YAP fəallarının,  ictimaiyyət nümayəndələrinin, şəhidin adını daşıdığı Motalayataq kənd tam orta məktəbinin müəllim və şagirdlərinin  qatıldığı  tədbirdə şəhidin  əziz xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlıq gənc nəslə nümunə kimi təqdim olunubdur .  O da bildirilib ki, Vətən torpağının  azadlığı uğrunda canından keçən  Sarvan kimi igidlərin adı əbədi olaraq yaddaşlarda yaşayacaq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü