31 avqust 2026 22:03
116

“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?

“Qızıl top”un 2026-cı il üzrə namizədlərinin açıqlanacağı tarix bəlli olub.

“İki sahil” xəbər verir ki, “Qızıl top” mükafatının 2026-cı il üzrə bütün kateqoriyalarında namizədlərin siyahısı sentyabrın 8-də açıqlanacaq. Qısa siyahılar mükafatın rəsmi saytında dərc olunacaq.

Mükafat üzrə namizədlərin sayı və kateqoriyalar belədir:

Kişilər arasında “Qızıl top” - 30 futbolçu

Qadınlar arasında “Qızıl top” - 30 futbolçu

Kişilər arasında ilin ən yaxşı gənc futbolçusu - 10 namizəd

Qadınlar arasında ilin ən yaxşı gənc futbolçusu - 5 namizəd

Kişilər arasında ilin ən yaxşı qapıçısı - 10 namizəd

Qadınlar arasında ilin ən yaxşı qapıçısı - 5 namizəd

Kişilər arasında ilin ən yaxşı məşqçisi - 5 namizəd

Qadınlar arasında ilin ən yaxşı məşqçisi - 5 namizəd

Kişilər arasında ilin ən yaxşı hücumçusu - 10 namizəd

Qadınlar arasında ilin ən yaxşı hücumçusu - 5 namizəd

İlin ən yaxşı kişi klubu - 5 klub

İlin ən yaxşı qadın klubu - 5 klub

“Qızıl top-2026”nın təqdimat mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Bu ilki tədbir mükafatın təsis edilməsinin 70 illiyinə təsadüf edir.

Qeyd edək ki, “Qızıl top”un son qalibi PSJ-nin fransalı hücumçusu Usman Dembeledir.