31 avqust 2026 22:03
123

AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub

 

AFFA-nın əməkdaşı Sabir İsmayılov UEFA tərəfindən Stadion İnspektoru vəzifəsinə təyin olunub.

Bu vəzifə çərçivəsində Sabir İsmayılov Avropa klub yarışlarının oyunlarından əvvəl stadionların UEFA-nın müəyyən etdiyi tələblərə uyğunluğunu yoxlayacaq.

Yoxlamalar zamanı stadionların fiziki-texniki vəziyyəti, sağlamlıq və təhlükəsizlik sistemləri, həmçinin oyunların təhlükəsiz və fasiləsiz keçirilməsi üçün zəruri infrastruktur və təşkilati tədbirlər qiymətləndiriləcək.