Böyüklər arasında mübarizə aparan Balabəy Ağayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
U-16 yaş kateqoriyasında Aqil Nağıyev (-55 kq), Hüseyn Şıxəliyev (-66 kq) və Məhəmmədəli Mehdi (-81 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Daha əvvəl U-18 yaş kateqoriyasında yeniyetmə oğlanlardan ibarət yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medal əldə etmişdi.
Əli Abdullayev (-60 kq), Hüseyn Şıxəliyev (-66 kq) və Ömər Atayev (-81 kq) qızıl, Dünyamalı Asdanlı (-66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (-55 kq) və Əli Cəfərov (-66 kq) isə bürünc medala layiq görülmüşdülər.
Beləliklə, Azərbaycan cüdoçuları beynəlxalq turniri 7 qızıl, 2 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurublar. Millimiz bu nəticə ilə yarışın ümumi komanda hesabında birinci yeri tutub.