![]() |
Zahid Rza |
2014-cü il dekabrın 21-də Mərkəzi Bankın (MB) manatla bağlı “üzən məzənnə” siyasətinə keçməsindən sonra Azərbaycan hökuməti tərəfindən atılan addımlar cəmiyyətimiz tərəfindən birmənalı olaraq dəstəklənir. Ölkə başçısının rəhbərliyi ilə hökumət manatın devalvasiyasının yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı ciddi tədbirlər planı hazırlayıb. İqtisadi-maliyyə sektorunda daha ciddi tədbirlərin görülməsi, biznes mühitinin daha da yaxşılaşdırılması üçün, eləcə də lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadi liberallaşma, inhisarçılığa qarşı mübarizə sahəsində bundan sonra da ciddi tədbirlər görüləcək, gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək.
Süni qiymət artımı və material qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görülür.
Çox təəssüf ki, bəzi “ekspertlər”, başda hüquqi qeydiyyatdan keçməyən AXCP sədri Əli Kərimli olmaqla dağıdıcı müxalifətin nümayəndələri sosial şəbəkələrdə, eləcə də inhisarlarında olan media orqanlarında görülən işlərə kölgə salmaq üçün dəridən-qabıqdan çıxır, öz “ekspert rəyləri” və açıqlamaları ilə süni ajiotaj yaradaraq əhalini çaşqınlıq girdabına sürükləməyə cəhd edirlər. Ən acınacaqlısı isə odur ki, onlar bütün mənəvi-əxlaqi sərhədləri aşaraq manatın devalvasiyasından sevindiklərini belə gizlətmirlər. Öz ictimai məsuliyyətlərini “unudan” belələri cəmiyyətimiz tərəfindən qınaq obyektinə çevrilərək birmənalı olaraq rədd olunurlar.
Çünki cəmiyyətimiz yaxşı bilir ki, Ə.Kərimli kimilər hansı yuvanın quşudurlar. Onlar antimilli fəaliyyətlərinə görə xaricdəki antiazərbaycan dairələrdən aldıqları qrant pullarının hesabına milyonçuya çevriliblər. Bir müddət bundan əvvəl Ə.Kərimlinin yaxın adamlarının dünyanın aparıcı banklarında apardıqları hesablaşma əməliyyatları bunun əyani sübutudur. 2009-cu ilin sentyabrında Ə. Kərimli dünyanın ən nəhəng və aparıcı banklarından biri olan “Barklays Bank PLC” bankında oğlu Türkel Kərimlinin adına hesab açdırıb. Türkel Kərimli elə həmin ildə Böyük Britaniyanın çox nüfuzlu və bahalı ali məktəbi olan “S.T.Edwards School”un tələbəsi olur. Ə.Kərimli 2009-cu il iyulun 29-dan etibarən oğlunun “Barklays Bank PLC” bankındakı hesabına böyük məbləğlərdə pullar köçürməyə başlayır. Ölkənin heç yerdə işləməyən “baş müxalifətçi”si iyulun 29-da 30 min funt-sterlinq məbləğindəki ilk tranşı göndərir. Artıq Ə. Kərimlinin Britaniyanın nüfuzlu ali məktəbində oxuyan oğlunun təhsil haqqını hansı pulların hesabına ödədiyi məlum olur.
Bundan başqa, Əli Kərimlinin əmisi oğlu Tofiq Kərimov da “Kapitalbank”da kifayət qədər iri və ciddi maliyyə əməliyyatları aparırdı. Tofiq Kərimov 2013-cü il iyunun 19-da bu bankdakı hesabından 130 min manat çıxarıb. İllərdən bəri Ə.Kərimli və onun yaxın ətrafı, tör-töküntüləri aləmə car çəkib bağırırlar ki, heç yerdə işləmirlər, qazancları yoxdur. Görəsən, bu üzdəniraq parazit dəstəsi işləməyə-işləməyə bu pulları haradan alıb?
Şübhəsiz ki, həmin pullar antimilli fəaliyyətə görə erməni lobbisi və antiazərbaycançı qüvvələr tərəfindən onlara peşkəş edilən qrantların azacıq bir hissəsidir. Gizli hesablarda, ağzıqıfıllı sandıqçalarda daha nələrin olduğunu isə təsəvvürə gətirmək belə mümkün deyildir. Bir gün gələcək onlar da aşkara çıxacaqdır. İyirmi ildən artıq antimilli, pozucu, dağıdıcı fəaliyyətlə məşğul olan, erməni lobbisinin sifarişlərini yerinə yetirən bu məxluqatlar törətdikləri əməllərə görə cavab verəcəklər.