26 dekabr 2019 15:08
721

Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz RPİ əməliyyat keçirib

Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz RPİ əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri keçiriblər.

“İki sahil” DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə dekabrın 9-da Gəncə şəhəri ərazisindəki  mağazaların birindən 2560 manat dəyərində tütün məmulatı, spirtli içki və geyim əşyaları və pul oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – E.Talıbov və Z.Əliyev saxlanılıb.