28 yanvar 2021 18:30
1273

Daha beş əsir Ermənistana qaytarıldı

Azərbaycan daha beş hərbi əsiri Ermənistana qaytarıb.

"İki sahil" "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

Hərbi əsirlərin qaytarılması Rusiyanın vasitəçiliyi ilə baş tutub. Erməni hərbi əsirləri daşıyan təyyarə artıq Bakıdan havaya qalxıb.

Onları Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edir.