07 iyun 2020 13:36
1734

Dilarə Kazımova: Babamın neft buruqları olub - VİDEO

“Avroviziya” təmsilçilərimizdən olan müğənni Dilarə Kazımova açıqlaması ilə gündəmə səs salıb.

Sənətçi İctimai Televiziyada (İTV) yayımlanan “Fatehin divanı” axşam şousunda qonaq olarkən etirafı ilə diqqət çəkib.

O, ilk dəfə bəy nəslindən olduğunu etiraf edib:

“Mən bəy nəslindənəm. Bu barədə çoxlu informasiyaya malik olmasam da, nənəm danışırdı ki, sovet dövründə Bakıda babamın neft buruqları olub. Hətta bu barədə sənədli film də çəkilib. Neft buruqlarının olması ilə bağlı onun rəsmi sənədləri də olub. Həmin sənədləri isə o haradasa torpağa basdırıb. O sənədləri bu yolla gizlədib, heç kim tapa bilməyib. Biz özümüz də sənədləri tapa bilməmişik”.

Qeyd edək ki, müğənni Dilarə Kazımova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 

Sənətçi ilk addımlarını “Milk and kisses” qrupu ilə atıb. Daha sonra solo karyerasına başlayıb. 

Dilarə 2014-cü ildə Danimarkada keçirilən “Start a Fire” bəstəsi ilə “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edib. 

Oxu.Az