10 avqust 2020 12:49
765

Ərəb qəbilələri PKK/DSG-yə qarşı

Ərəblər ABŞ-dan PKK/DSG terror təşkilatının bölgədən çıxarılmasını tələb ediblər

Ərəb tayfaları ABŞ ordusunun nümayəndələri ilə görüşərək Deyr əz-Zorun daxil olduğu bölgədəki ərəb qəbilə başçılarına qarşı silahlı hücumu təşkil edən PKK/DSG terror təşkilatının bölgədən çıxarılmasını tələb ediblər.

“İki sahil” xəbər verir ki, Suriyanın şimal-şərqindəki ərəb qəbilələrinin rəhbərləri və ABŞ hərbi qüvvələrinin rəsmiləri arasında Deyr əz-Zor şəhərinin şərqindəki Əl-Ömər neft ərazisində görüş keçirilib. Həmin görüşdə qəbilə nümayəndələri PKK/DSG-nin bölgədən tamamiilə çıxarılmasını, idarəçiliyin həyata keçirilməsi üçün ərəb adminstrasiyasının yaradılmasını və yaşayış məntəqələrinin ümumi təhlükəsizliyin və sabitliyinin təmin edilməsinin qəbilə gənclərinə həvalə edilməsini tələb ediblər.

Qeyd edək ki, bölgədəki qəbilələr bəyanat yayaraq PKK/DSG-nin Deyr əz-Zordan tamamilə çıxarılmasını və bölgədəki mühasirənin qaldırılmasını tələb edən nümmayiş keçirilməsinə çağırış ediblər. Eyni zamanda  PKK/DSG-nin hərbi və mülki xidmətində olan bütün ərəb gənclərinin dərhal PKK/DSG-ni tərk edərək Deyr-ez-Zorda yaradılan ərəb qəbilə ordusuna qoşulmaları istənilib.