-Şəkil çəkdirərkən niyə pendir deməyimiz istənilir?
-Əslində məqsəd İ hərfinin uzadılaraq deyilməsidir. İngilislər bunu “çiiiiz”, almanlar isə “kaaas” formasında deyirlər.
-Spirtli içkidə yaş həddinin 18 olması necə yaranıb?
- Qanunlara görə, yetkinlik yaşı 18-dir. Bu səbəbdən də 18 yaşı tamam olmamış şəxslərə spirtli içki satılması, barlara və gecə klublarına girişləri də qadağan olunub.
-Pomidor əslində meyvədir, yoxsa tərəvəz?
-Bitkilərlə bağlı elmdə, bitkilərin yetişmiş və yeyilə bilən toxumlarına paxla bitkiləri, yarpaq, çiçək və yetişmiş gövdələrinə isə meyvə deyilir. Buna görə də pomidor meyvədir. Lakin gündəlik yeməklərimizdə, salatlarda və s. istifadə olunduğu üçün onu tərəvəz olaraq tanıyırıq.
-Barmaqlarımız suda qalanda niyə bürüşür?
-Hüceyrələrinizdəki duz miqdarına nisbətən daha az duz miqdarlı suya daxil olsanız, su osmoz üsulu ilə bədənə absorb edilir. Bu, dəridə hüceyrələrin şişməsinə səbəb olur. Hüceyrələr substratdakı toxumaya toxunduğundan, dəri qırışır.
-Solaxaylar daha ağıllı sayılır?
-İndiyə qədər aparılan araşdırmalar solaxayların sağ əlini istifadə edənlərdən daha ağıllı olduğunu sübut etməyib.
-Niyə qızdırmamız olanda üşüyürük?
-Qızdırma orqanizmin öz termostatının temperaturunu yüksəltdiyi zaman ortaya çıxır. Ancaq insan tərləmədiyi və qan təzyiqi düşdüyü zaman üşüməyə başlayır.
-Niyə soğan soyarkən gözlərimiz yaşarır?
-Soğan doğrananda lakrimatorifaktor adlı ferment havaya yayılır və bu da göz qıcıqlanması yaradır. Göz də özünü müdafiə etmək üçün yaşarır.
-Qan qırmızıdırsa niyə damarlarımız mavi və yaşıl rəngdə görünür?
-Qanımızın qırmızı olmasının səbəbi qırmızı qan hüceyrələrini yəni qan alveollarını əhatə edən və əslində dəmir tərkibli protein olan hemoqlobinin oksigenlə birləşməsinin nəticəsidir. Bu birləşmə hamımızın bildiyi parlaq qırmızı qan rəngini əmələ gətirir. Damarlarımızın mavi və ya yaşıl görünməsinin səbəbi orqanizmimizin günəşin bədənimizə yansıtdığı işığın yarısını mənimsəməsi və yarısını da yansıtmasıdır.
-Niyə arxa kresloda oturduğumuz zaman bizi maşın tutur?
-Arxada oturduğumuz zaman üfüq xətti görünmür. Maşın tutması görüntü məlumatı sabit olmadıqda, bu məlumatı daxili qulağın beyinə ötürməsi zamanı baş verir. Beləliklə, arxada oturarkən, beyin maşının hərəkət etdiyini anlamır və bədənin tarazlıq balansı pozulur.
-Bitkilər qocalıq səbəbindən ölə bilirmi?
-Bəzi bitkilər yaxşı qulluq edildikdə sonsuza qədər yaşaya bilir. Ancaq fəsillik bitkilərin ömrü qısa olur.
-Saqqız sonsuza qədər mədədəmi qalır?
-Xeyr, saqqız udulduğu zaman həzm olunmur və ən geci 3 gün müddətində orqanizmdən xaric olunur.
-Öz-özünə danışmaq dəlilik əlamətidirmi?
-İnsanların sıxıntıları, problemləri olduğu zaman öz-özlərinə danışmaları çox normal bir haldır.
-Çay içmək həqiqətən də bədənin hərarətini azaldırmı?
-İsti içkilər, orqanizmin daha isti olduğunu düşünməsinə səbəb olur. Bədən daha çox tərləyir və bu, istilik itkisinə səbəb olur.
-”OK” (yaxşı) nəyin qısaltmasıdır?
-Bu mövzuda ən məşhur nəzəriyyə “All Correct” ifadəsinin “Oll Korrekt” şəklində qəsdən tələffüz olunmasıdır. “OK” gülünc olması üçün sözlərin yanlış yazılıb yanlış tələffüz olunmasının dəbdə olduğu 1840-cı illərdə “Boston” qəzetində məşhur olmağa başladı.
Röya Rasimqızı