Moldovada müvəqqəti bağlanmış “NTV Moldova”nın lisenziyası ləğv edilib.
“İki sahil” xəbər verir ki, bu barədə qərar bu gün Moldova Audiovizual Şurasının iclasında qəbul edilib.
Qərara əsasən, “Exclusiv Media” şirkətinə “NTV Moldova” televiziya kanalı üçün lisenziya ləğv edilib.
Qeyd edək ki, “NTV Moldova” Moldova Fövqəladə Hallar Komissiyasının qərarı ilə bağlanan 6 telekanaldan biridir.
Audiovizual Şura bundan əvvəl “Primul în Moldova” (“Moldovanın Birinci kanalı”) və “Orhei TV” telekanallarının lisenziyasını yeniləməyib.