KÖŞƏ

Sevinc Mürvətqızı

Ermənilər təşviş içərisində

24 aprel 2017 22:10
281

Türkiyə-Azərbaycan birliyi düşməni qorxuya salıb 

Son günlər bütün dünyanın diqqəti qardaş Türkiyədə keçirilən referendum seçkilərinə yönəldi desək, yanılmarıq. İstər Qərb, istərsə də Şərq mətbuatı Türkiyədə cərəyan edən prosesləri təhlil edir, seçkiöncəsi və seçkisonrası mühiti özlərinə məxsus şəkildə qiymətləndirirlər. KİV-lərdə dərc edilən yazılar ilk növbədə belə qənaətə gəlməyə zəmin yaradır ki, kimlərsə bu seçkilərdən olduqca böyük narahatçılıq keçiriblər. Heç uzağa getmədən misal olaraq işğalçı ölkəni, Ermənistanı göstərə bilərik.
Türkiyədə keçirilən seçkilərin nəticələri erməni ictimaiyyətinə demək olar ki, əməlli-başlı sarsıdıcı zərbə vurub. Onları narahat edən əslində Türkiyədəki seçkilər deyil, Türkiyə-Azərbaycan dostluğunun daha da möhkəmlənməsi, əməkdaşlıqlarının günü-gündən genişlənməsidir. Xüsusilə, Türkiyə və Azərbaycan arasında mövcud olan sarsılmaz bağlar get-gedə təklənən, dünyanın aparıcı siyasi çevrələrindən çıxdaş edilən Ermənistanı vahimələndirir. Düşmən ölkədə istər siyasi ictimaiyyət, istərsə də sadə xalq Türkiyə-Azərbaycan birliyindən təşvişə düşür, müharibə xofu içində yaşamaqda davam edir. Ümumiyyətlə, işğalçı ölkədə keçirilən son parlament seçkilərinin ardınca, ermənilərin tanınmış politloqları və ictimai-siyasi xadimləri Ermənistanın Rusiyanın forpostu deyil, artıq tərkib hissəsi olduğuna diqqət çəkir, bununla da çox yaxın vaxtlarda suverenliyini itirəcəklərini qeyd edirlər. 

Ermənilərin tanınmış siyasilərindən biri olan politoloq və sabiq deputat Larisa Alaverdyan 1in.am saytına açıqlamasında Türkiyədəki seçkilərin nəticələrindən sonra hər iki ölkənin-həm Azərbaycanın, həm də Türkiyənin əlaqələrinin daha da möhkəmlənəcəyi barədə həyəcan təbili çalıb. Erməni politoloq bir az irəliyə gedərək, erməni xislətinə məxsus ucuz düşüncələrini də işə salıb və erməni ictimaiyyətinə hesablanan fikirlər söyləyib. Alaverdyan bildirib ki, Qarabağ cəbhəsində azərbaycanlı snayperlərin fəallaşması aprelin 16-da Ərdoğanın referendumda qələbə çalmasının nəticəsidir və guya Azərbaycan Qilahlı qüvvələri bu qələbəni bayram edir. Bu cür düşüncənin nə qədər gülməli və real nəticə olmadığı görünsə də fakt budur ki, ermənilər bu vasitə ilə Türkiyə-Azərbaycan birliyindən əməlli-başlı təlaş keçirirlər. Qondarma “erməni soyqırımı” günü kimi qeyd etdikləri mənfur 24 aprel yalanını da işə salaraq, cəbhədəki təxribatlarını Azərbaycan və Türkiyə dövlətlərinin üzərinə yığmağa cəhd edir. Guya bu “tarixdə” cəbhə xəttində gərginlik yaşanıb. Halbuki, biz son günlər məhz erməni işğalçılarının cəbhə xətti boyunca təxribatlar törətmək cəhdlərini, o cümlədən atəşkəs rejiminin də məhz ermənilər tərəfindən pozulduğunu görürük. Necə deyərlər, bu ermənilərin köhnə biclikləridir. 

“Türkiyə və Azərbaycanın daha da yaxınlaşması digərlərinə, xüsusilə ermənilərə qarşı daha sərt siyasətin yürüdülməsinə səbəb olacaq”, -deyə təlaş keçirən erməni siyasətçisinin fikirləri özü-özlüyündə hər şeyi tam çılpaqlığı ilə ortaya qoymuş olur. Alaverdyan Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki mövqeyinin də dəyişməyəcəyini deyib: “Azərbaycan tərəfi heç vaxt “artsaxı” güc yolu ilə alacağını inkar etməyib. Bundan əlavə, bu ölkə hər zaman ilhaq (düşmənlərimiz işğal olunma faktını ilhaq sözü ilə əvəzləyiblər) porbleminin danışıqlar yolu ilə həll olunmayacağı təqdirdə güc yolunu işə salacağını bəyan edib”. 

Beləliklə, tam şəkildə deyə bilərik ki, Ermənistandakı mövcud düşüncə tərzinin bütövlükdə neqativliyə və qorxuya söykənməsi artıq dəyişməz reallığı tam şəkildə sərgiləyir. Bu reallıq ölkənin çöküşü və torpaqlarımızın qısa zamanda güc yolu ilə geri qaytarılması reallığından doğan vahimədir...

 

Məhərrəm Ağalaroğlu
“Yelqovanlar”
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...