KÖŞƏ

Mənsumə Babayeva

03 yanvar 2019 18:09
1254

Bu prinsipial mövqenin əsasında haqq və ədalət amilləri dayanır

Ekspert: Bu prinsipial mövqenin əsasında haqq və ədalət amilləri dayanır

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində toxunduğu önəmli məsələlərdən biri də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları oldu. Cənab Prezident münaqişənin həllində Azərbaycanın 2018-ci ildə çox ciddi mövqelərə malik olduğunu, 2019-cu ildə bu sahədə daha böyük irəliləyişin ola biləcəyini də diqqətə çatdırdı.

 “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev məsələ ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, cənab İlham Əliyev Dağlıq Qarabağ mövzusuna toxunarkən, ilk növbədə, Azərbaycanın beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyətini önə çəkib: “Təbii ki, Azərbaycanın dünyanın siyasi arenasındakı yeri və rolu nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən işğalçı Ermənistanın əleyhinə qəbul edilən sənədlərdə də özünü göstərməkdədir. Daha dəqiq desək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində haqq və ədalət tərəfi olaraq məhz ölkəmizin göstərilməsi yenicə qədəm qoyduğumuz 2019-cu ildə bizə daha böyük ümidlər verir, inam hissi yaradır”.

Baş redaktorun sözlərinə görə, dövlət başçısının ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması ilə bağlı fikirləri də bu reallığı özündə kifayət qədər əks etdirməkdədir: “Bu gün regional və xarici siyasətdə elə bir layihə yoxdur ki, Azərbaycan onun həyata keçirilməsində ya təşəbbüskar, ya da ideyaverici rolunda çıxış etməsin. Eyni zamanda, məhz dövlətimizin bu məsələdə haqlı mövqedə olmasını bizimlə bir çox sahələrdə əməkdaşlıq, strateji tərəfdaşlıq etmək marağında olan ölkələr, siyasi və iqtisadi sferada fəaliyyət göstərən aparıcı təşkilatlar da gəldikləri qənaətləri ilə sübuta yetirirlər. Bu baxımdan, cənab İlham Əliyev Dağlıq Qarabağ mövzusuna toxunarkən, ilk növbədə, Azərbaycanın beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyətini önə çəkib. Xüsusilə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədini göstərərək, bu münasibətlərinən yüksək səviyyədə olduğunu, Aİ-nin münaqişəsinin həlli məsələsində düzgün mövqe tutduğunu vurğulayıb”.

Daha bir məsələ isə bilavasitə Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu davamlı, qətiyyətli və deyərdim ki, sərt mövqeyidir, deyən siyasi ekspert onu da əlavə edib ki, bu kimi prinsipial mövqenin əsasında haqq və ədalət amilləri dayanmaqdaqdır: “Dövlətimizin başçısı Dağlıq Qarabağın tarixən Azərbaycan torpaqları olduğunu xatırlatmaqla, işğal altındakı ərazilərimizin qeyd-şərtsiz, eləcə də beynəlxalq hüquq və norma prinsipləri çərçivəsində həll olunacağını əminliklə bildirib. Bu isə dünya birliyinin həmin torpaqları bilavasitə Azərbaycanın ərazisi kimi tanımasının bariz göstəricisidir. Beynəlxalq hüquqa hörmət isə bütün dövlətlərin vəzifəsidir və nəzərə alsaq ki, BMT-də sözügedən məsələ ilə bağlı dörd qətnamə qəbul olunub, həmçinin digər mötəbər təşkilatlar da işğal faktını pisləyir, bu zaman Ermənistanın heç bir halda bu qətnamələrdən yaxasını qurtara bilməyəcəyini söyləyə bilərik. Prezident İlham Əliyev yola saldığımız 2018-ci ildə də ciddi nailiyyətlər əldə etdiyimizi xatırladaraq, həmin istiqamətdə siyasətin davam etdiriləcəyini bəyan edib”.

Ekspert hesab edir ki, Ermənistanın işğalçılıq siyasəti aparması bu ölkənin özünə köklü zərbələr vurur: “Bu gün Ermənistanda kimlərin hakimiyyəti təmsil etmələrindən asılı olmayaraq fakt budur ki, həmin ölkə işğalçı olaraq tanınır. Habelə, orada baş verən siyasi böhranlar, iqtisadi tənəzzüllər ötən ilin may ayında dəyişilmiş xunta rejimindən fərqli şəkildə idarəçiliyə şərait yaratmayacaq. Erməni xalqı ac və səfalət içində yaşayır, ölkənin miqrasiya problemləri həll olunmayıb və sürətlə boşalır. Pafoslu Paşinyan hakimiyyəti də gec, ya da tez sadə xalqın qarşısında tab gətirə bilməyəcək. Çünki faktiki olaraq erməni cəmiyyəti ona bağladığı son ümidlərinin də puça çevrildiyini anlamağa başlayıb.”

Mənsumə Babayeva,   “İki sahil”

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər