KÖŞƏ

Mahir Rəsuloğlu

İynəməramlılar... Hərbçi ruslar, hamilə ermənilər və xəstəlik məsələsi

24 avqust 2021 23:13
993

Künc zərbəsi

Qarabağa sülhməramlı missiyası ilə gəlmiş ruslara iynə vuracaqlar. Yumşaq yerlərinə. Özü də 20 qramlıq şprisin yoğun iynəsindən. Yandırar, inşallah!

...Bu yaxınlarda haradansa oxuyub xeyli gülmüşdüm, qulluğunuza ərz edim sizin də kefiniz açılsın. Öncəliklə qeyd edim ki, köhnə söhbət olduğuna görə nə dərəcədə doğru faktdır, bilmirəm, günahı yazanın boynuna. Deyir, ötən əsrin 18-ci ilində Bakıya gəlmiş ingilislər burda çox darıxırmışlar. Həmin vaxt şəhərimizdə yaşayan ermənilər sarı saçlı, mavi gözlü, yaraşıqlı, hərbi mundirli ingilis oğlanlarının darıxmalarına çox dilxor olurlar və qızlarını göndərirlər yanlarına ki, başlarını qatsınlar, əhval-ruhiyyələrini yüksək tutmalarına kömək etsinlər. Rəhmətlik Nuru Paşanın başçılığı ilə türk qoşunlarının yardımı sayəsində Bakı işğaldan azad ediləndə ingilislərə də yol görünür. Vaxt-vədə yetişir, ingilis zabit və əsgərlər minirlər vaqonlara, sonuncu vaqona da onlara qəriblikdə həmdəm olmuş erməni qızlarını doldururlar. Qızların perrona yığılmış valideynlərindən ağlayan kim, ingilis damada görə sevinən kim, dəsmal yelləyən kim... Əlqərəz, paravoz bərkdən “ulayaraq” bir-iki burum qara tüstü buraxır və yola düşür. Bir də nə görsələr yaxşıdır? Bütün vaqonlar hərəkət edir, axırıncı qalıb yerində. Deyir, erməni qızları tökülüşüb gedən qatarın dalınca nə qədər qaçsalar da, çata bilməyiblər. Amma insafən, ingilislər ehtiram əlaməti olaraq papaqlarını yelləyərək erməni qızları ilə vidalaşıblar...

Bu əhvalatı elə-belə yada salmadım. Əsrdən üç il də artıq sonra ermənilər bu dəfə Qarabağdakı rus “sülhməramlıları” əyləndirməklə məşğuldurlar. Bu yerdə sülhməramlı sözünü niyə dırnaqda yazdığımı deyim. Gəlişlərindən keçən çox da uzun olmayan müddət göstərdi ki, bu sarı gədələr missiyalarındakı “sülh” anlayışını unudub sərhədlərimizin şimalında qoyub gəliblər, qalıb “məram”. O “məram”a da erməni arvadlarına su daşımaqdan balaca erməni uşaqlarına silah tutmağı öyrətmək qədər çox şey sığdırmaq olar. Yəni Qarabağdakı ruslar “sülhməramlı”dan daha çox məramı bəlli olmayan, ya da bəlkə əslində məramı bəlli olanlardır. Cavablı-cavabsız suallar az deyil. Ancaq bir şey dəqiq bəllidir ki, rusların erməni qadınlara xoş, mübhəm münasibətləri öz “bəhrəsini” verməkdədir.

Hərbi-nəqliyyat təyyarələrinin Rusiyadan İrəvandakı “Zvartnots” aeroportuna 3 reyslə daşıdığı xüsusi laboratoriya, hərbi və mülki həkimlərdən ibarət bir neçə briqada, habelə dərman preparatları və vasitələr təcili Xankəndinə gətirilib. Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının təcili yardım maşınlarından birinin sürücüsü bildirib ki, tibbi briqada və xüsusi laboratoriya rusiyalı sülhməramlıların Xankəndidəki əsas bazasının sanitar hissəsi üçün nəzərdə tutulub: “Mən də maşınımla Xankəndinə müxtəlif dərmanlar və avadanlıq daşımışam. İkinci reysdə yükü Rusiyanın Gümrüdəki 102-ci bazasının sanitar hissəsinin təlimatçısı mayor Stepanov müşayiət edirdi. O dedi ki, Qarabağdakı rusiyalı sülhməramlılar arasında müxtəlif mikroblar, göbələk xəstəlikləri və zöhrəvi xəstəliklər, habelə qaşınma, qoturluq, ekzema və vərəm yayılır. Yoluxmuş rusiyalı hərbçilərin analizlərini Moskvaya, Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının laboratoriyasına da göndəriblər. Həmin analizləri HİV-QİÇS-lə bağlı yoxlayacaqlar."

İkinci Qarabağ müharibəsində həlak olmuş, itkin düşmüş və yaralanmış erməni hərbçilərin ailələrinə dəstək göstərməklə məşğul olan Müstəqil Monitorinq Mərkəzinin yaydığı bu məlumatda daha sonra bildirilir ki, Xankəndinin mərkəzindəki əvvəllər 366-cı motoatıcı alayın yerləşdiyi hərbi bazada zöhrəvi xəstəliklərə yoluxan və ya vərəm olan sülhməramlılar üçün əlavə korpus tikilir, şəxsi heyət arasında dəri-zöhrəvi xəstəliklərin yayıldığına görə Rusiyanın Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlıların komandanlığına artıq şifahi xəbərdarlıq da edib.

Babalı deyənlərin boynuna, Xankəndidə rus hərbçilərdən hamilə qalan erməni qadınların da artdığı bildirilir. Səbəb təkcə işsizlik, kişisizlik, ehtiyac,rus-erməni sevgisi deyil. Kim nə deyir, desin, bu vəziyyətin yaranmasının əsas səbəbi məhz “erməni xisləti”dir.

...Xankəndidən bir qatar yola düşməyə başlayacaq. Qabaq vaqonlarda bir yerlərinə 20 qramlıq şprislərlə vurulmuş iynələrdən papaqlarını yelləməyə belə heyi olmayan rus hərbçilər, arxa vaqonda isə yanlarındakı bicbalalarla sayı artmış “yolunu azmışlar”. Və bu dəfə də qatar hərəkət edəndə məlum olacaq ki, arxa vaqon qatara qoşulmayıb. Nədir bizim sizlərdən çəkdiklərimiz, kafir uşağı, kafir?!

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?