Vəli İlyasov |
Ermənilərin vətəni isə xəyali Hayastan (əslində Hayasızstan) olub
İşğal ediləndən sonra Qarabağın ermənilər tərəfindən viran qoyulduğunu görən dünya anladı ki, bu yerlər Azərbaycanındır. Qarabağın tarixini bilməyən hər hansı ölkənin vətəndaşı erməni vandalları tərəfindən dağıdılb viranəyə çevrilmiş yüzlərlə kənd və şəhərlərimizin xarabalıqlarını görəndən sonra dərhal bu suala cavab tapır ki, əgər Qarabağ Ermənistanındırsa onda niyə orada bir dənə də olsa salamat bina qoymayıb, hamısını barbarcasına yerlə- yeksan edib. İnsan öz yaşayış məskənini dağıdar, yoxsa abadlaşdırar? Bu suala ağlı başında olan bəzi ermənilər də cavab verərək deyirlər ki, Qarabağ Azərbaycanındır və heç vaxt Ermənistanın olmayıb. Əlavə edək ki, Ermənistan özü Azərbaycan ərazisində süni surətdə qondarıldığı halda Qarabağ və ya hansısa ərazi necə ermənilərin ola bilər? Təbii ki, heç cür! Çünki bunu təsdiq edən saysız-hesabsız sübutlar ortadadır.
2020-ci ildə Ermənistanın biabırçı məğlubiyyəti, xülyalarının darmadağın edilməsi, ölkənin hələ də özünə gələ bilməməsi, vətəndaşlarının isə məşəqqətli günə düçar olmaları bir çox erməniləri ağıllandırıb.
Bu günlərdə erməni siyasi şərhçi Mıkrtıç Arşakyan mətbuatda çıxış edərək yazır: “Ermənistanın rəhbərləri Qarabağda gedən işlərə baxıb utanmalıdırlar. İndi orada tikib-qururlar, açılışlar edirlər. Qısa müddətdə çoxlu abadlıq işləri aparılıb. Bəs siz nə etdiniz? Otuz ildə evləri, idarə və müəssisə binalarını, xidmət obyektlərini söküb tikinti materiallarını satmaqla məşğul oldunuz. Mən hələ başqa məslələri demirəm. Ayıb olsun sizə!”
“1992-ci ildə Şuşa şəhəri bizim nəzarətimiz altına geçdikdən sonra ermənilər azərbaycanlıların evlərini dağıdaraq, yana biləcək hər şeyı sındıraraq, qışda qızınmaq üçün istifadə edirdilər.” Bu sözləri isə erməni vandallarından biri-Qarabağın işğal altında olduğu dövrdə yeddi il Şuşanın “meri” işləmiş Artsvik Sarkisyan deyib.
Onun sözlərinə görə, 7 il ərzində o, Şuşa şəhərinə tətbiq olunan heç bir investisiya görməyib. Ermənistan dövləti burada bircə tikinti də aparmayıb. “Mer” bunun ardınca deyir: “Şəhərdə insanlar öz hesabına yollara asfalt salıblar, özlərinə evlər tikiblər. Amma ən dəhşətlisi bu deyil. Azərbaycanlılar 30 il müddətində həmişə, hər yerdə deyirdilər ki, Şuşa Azərbaycanın qədim şəhəridir, Qarabağ Azərbaycandır. Bəs biz? Bəs biz, ermənilər? Bir il də keçmədi, biz artıq Şuşanı da, Qarabağı da unutduq. İndi özünüz nəticə çıxarın”, - deyə o qeyd edib.
Bəli, üzdəniraq “mer” də dolayısı ilə demək istəyir ki, Şuşa da, Qarabağ da Ermənistanın deyil və heç vaxt olmayıb, olsaydı belə tez yaddan çıxarmazdılar. Ermənilərin kağız üzərində mövcud olan xəyali Hayastanı, əslində Hayasızstanı olub. Bəli, ermənilərin vətəni Hayasızstandır, yəqin ona görə də belə həyasızdırlar. Şuşanı isə sırtıq ermənilərə başlarına vurulan “Dəmir yumruq” unutdurub.
Qısa müddətdə tikilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanına bir neçə gün əvvəl ağır tonnajlı “Boeng-747 400” və “Qarabağ” adlanan təyyarələrin eniş etməsi isə ermənilərin gözlərinə mil kim girib. Həmin təyyarələrlə bölgəyə ilk dəfə olaraq sərnişinlər və bölgənin iqtisadi inkişafı üçün lazımi yüklər gətirilib. Şuşada aparılan tikinti, abadlıq və yenidənqurma işləri və işğal ərazilərində həyata keçirilən layihələr və görülən işlər erməniləri yandırıb-yaxır. Dünya standartlarına uyğun çəkilən Füzuli-Şuşa asfalt yolu da ermənilərə bir gözdağıdır. Faktlar qarşısında aciz qalan ermənilər artıq öz vandallıqlarını açıq surətdə etiraf etməli olurlar. Özləri düzgün başa düşüblər ki, onların qaniçənliklərinin və yırtıcılıqlarının başqa adı yoxdur.
Azərbaycan otuz illik işğaldan azad etdiyi əraziləri bu cür sürətlə inkişaf etdirməklə sübut edir ki, həmin ərazilər də, Zəngəzur da, Göyçə də, üstəlik İrəvan da onun qədim əraziləridir. Buraları iblis yuvasına çevirən erməni toplumu isə gəldi-gedərdi.
Gəlməkləri ilə faciə törətdikləri kimi, getməkləri ilə də daha bir faciə törədirlər.