KÖŞƏ

Mahir Rəsuloğlu

Oğru sizin dədənizdir! Heyvanlar da ermənilərdən qaçır...

30 oktyabr 2021 00:56
1095

Künc zərbəsi

Görusun sərhədyanı Xnatsax kəndindən 3 at ermənilərdən qaçıb keçib Azərbaycan tərəfə. Tam ciddiyəm, atlar sahibindən qaçıb keçib bəri. Kəndin icra nümayəndəsi Anuşavan Hovakimyan da qaçıb. Ancaq erməni xislətinə xas şivənliklə rus əsgərlərinin üstünə qaçıb və ağlaşma-şivən qurub ki, bəs, ay haray, yardım edin, türklər atlarımızı oğurlayıb. Yalansa, sənin oğru dədənin qəbrini at eşələsin. O qədər rəzil, o qədər alçaqsınız ki, Allahın dilsiz-ağılsız heyvanları da sizin yanınızda, himayənizdə qalmaq, sizə qulluq göstərmək istəmir. Maraqlı bilirsiniz nədir? Bu erməni atlarının, mal-qarasının öz sahiblərindən qaçıb biz tərəfə gəldiyi artıq neçəncisə hadisədir. Oktyabrın 4-də anoloji hadisə Şurnuxu kəndində baş vermişdi. Kənd sakini Darbiyanın 11 atı sərhədi keçib Azərbaycan ərazisinə daxil olmuşdu. Darbiyan təəccüblə deyirdi ki, onları mən böyütmüşəm, on il onlara baxmışam, əlimlə yemləmişəm. Çox sakit heyvanlardır. Niyə qaçıblar yəni. Daha əvvəl Göyçə və Naxçıvanla sərhəd Yerasx istiqamətində də eyni hal yaşanmışdı...

Tez-tez təkrarlanan bu hadisələrdə mistik nəsə axtarmağa dəyərmi, bilmirəm? Ancaq dəqiq bilirəm ki, “oğru elə bağırdı ki...” misalı yalandan hay-küy salıb şərəfli, müzəffər Azərbaycan əsgərinə ləkə vurmağa çalışmaq üçün erməni olmaq lazımdır – “qorxaq, qul, erməni”. Bizim heç zaman heç kimin nə torpağında, nə malında gözümüz olmayıb, əsgərimiz haqqın, ədalətin sərhədində ləyaqəti ilə dayanıb. Oğurluq dinimizdə haram, türk törəmizdə qəbuledilməzdir. Azərbaycan tərəfə keçən erməni atları və mal-qarası da özlərinə qaytarılır təbii ki. Bəs siz ermənilərin bir milyondan artıq azərbaycanlının ömründən oğurladığınız 30 ilini kim qaytaracaq, vəhşiliklə, qəddarlıqla qətlə yetirdiyiniz onminlərlə günahsız insanın, məsum körpələrin, hamilə qadınların, ağsaçlı ahılların qanının hesabını kim verəcək? Bəs siz ermənilərin tarix boyu qarış-qarış oğurlayıb özünüzə dövlət yaratdığınız, daha sonra yenə min bir hiyləgərliklə bizdən qopardıb sərhədlərinizə qatdığınız dədə-baba torpaqlarımızın, içindəkiləri oğurlayıb, daşına-divarına belə tamah saldığınız, söküb satdığınız, xarabılığa çevirdiyiniz evlərimizin, bir qızıl diş tamahına göreşən kimi eşib-dağıtdığınız qəbirlərimizin, illərdir somurub apardığınız təbii sərvətlərimizin, qızılımızın hesabını kim verəcək? Bəs muzeylərimizdən oğurlayıb Avropa bazarlarına daşıdığınız nənələrimizin əl əməyi, göz nuru xalı-xalçalarımızı, tarixi irs nümunələrimizi kim qaytaracaq? Yenə deyimmi?

Suallar çoxdur, ancaq cavabsız da deyil. İndi hesab vermək növbəniz çatıb, hər şey üçün cavab verəcəksiniz, necə ki verirsiniz. Necə ki illərlə onun-bunun köməyi ilə işğal etdiyiniz torpaqlarımızdan sizi cəmi 44 günə iti qovan kimi qovduq, eləcə də bütün oğurladıqlarınızın, törətdiyiniz bütün cinayətlərin hesabını çəkəcəyik. Hər şey üçün məsuliyyət daşıyacağınız günlər başlayır. Elə özünüz də bunu anlamamış deyilsiniz. Odur ki, şanlı, şərəfli Azərbaycan əsgərinə şər atınca, qiyamətinizə hazırlaşın, ağlınızı başınıza yığın. Bəlkə onda heyvanlar sizdən qaçmaz...