KÖŞƏ

Mahir Rəsuloğlu

Erməninin manyaklığı...

01 dekabr 2021 22:14
1228

Künc zərbəsi

Bəri başdan tam səmimiyyətlə bildirək ki, fərdlərlə bağlı hər hansı neqativ halların şişirdilərək mənsub olduqları topluma – millətə və ya xalqa şamil edilməsini düzgün saymırıq. Dini, irqi ayrı-seçkiliyin də qəti əleyhinəyik. Bu yanaşmamız hətta bizə əzəli düşmən mövqeyi tutmuş ermənilərə də aiddir. Ancaq o da faktdır ki, hər bir xalqın özünəxas xüsusiyyətləri var və ermənilərin bu baxımdan yaxşı mənada misal göstəriləcək “nəsə”ləri çox azdır. Əvəzində şeytanın belə ağlına gəlməyəcək elə erməni əməlləri ilə rastlaşırsan ki, o əməli törədənlər qədər də içindəki tolerantlığa nifrət edirsən...

Birinci söhbət: Yerli mətbuatının məlumatına görə, Ermənistanda insanlığa sığmayan bir fakt üzrə Milli Təhlükəsizlik Xidmətinin həbs ediyi “azərbaycanlı” manyak “Əziz Muradov”un, daha dəqiqi Gorus rayonundan olan 40 yaşlı Alik Xaçatryanın (bəzi məlumatlara görə, Ayrapetyan) bağlı qapılar arxasında keçirilən məhkəmə iclası yekunlaşıb. Yetkinlik yaşına çatmayanları istismar etməkdə, onların həssas vəziyyətindən istifadə edərək onlara qarşı zorakılıq tətbiq etməklə hədələməkdə,iki və ya daha çox şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqda və insan alverində təqsirləndirilən A.Xaçatryan 12 il müddətinə azadlıqdan məhrum edilib.

Görün, nə baş verib. Məlumata görə, erməni Alik “Facebook” sosial şəbəkəsindəki “Arman Armeni Xaçatryan” profilinin adını dəyişərək “Əziz Muradov” qoyub. Daha sonra postlardan və fotoşəkillərdən istifadə edərək itkin düşən erməni hərbçilərin qohumlarını, o cümlədən bir hərbçinin 14 yaşlı qızını tapıb və onlara məktublar yazmağa başlayıb. Özünü azərbaycanlı kimi təqdim edən “Muradov” itkin düşmüş əsgərlərin guya sağ və əsirlikdə olduğunu bildirib, onlarla birbaşa əlaqə saxladığını deyib, itkinlərin şəkillərini müxtəlif proqramlar vasitəsilə montaj edərək yaxınlarına göndərib. O, hərbçilərin qadın qohumlarından ona intim xarakterli foto və videoların göndərilməsini tələb edib. Əks halda məhbusun həyatı və ya sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə və ya onu öldürməklə hədələyib.İstintaq müddətində bu işlə bağlı onlarla zərərçəkmişin olduğu üzə çıxıb.

Saxta “Muradov” törətdiyi əməli etiraf edərk bildirib ki, fürsətdən istifadə edib itkin düşənlərin valideynlərindən, bacılarından və arvadlarından onların çılpaq fotolarını, intim videolarını istədim: “Məqsədim həmin qadınları şantaj etmək, göndərdiklərini qardaşlarına, oğullarına və ya ərlərinə göstərməklə hədələmək idi. Onlara deyirdim ki, əgər çılpaq şəkillərini, videolarını göndərməsələr əsir düşən oğullarına, qardaşlarına, ya da ərlərinə zərər verəcəm.”
İkinci söhbət: Tanınmış bloger Roman Baqdasaryanerməni Qriqorian kilsəsinin Qarabağ üzrə arxiyepiskopuParqev Martirosyanı sərt şəkildə tənqid edərək onu 44 günlük müharibə başlayan kimi İrəvana qaçmaqda, qorxaqlıqda, talançılıqda günahlandırıb. Baqdasaryançox maraqlı etiraflar edərək həmvətənlərinə xitabən deyib ki, özünüzü, öz müqəddəslərinizi müzakirə edin: “Parqev, sən necə “müqəddəs ata”san ki, erməniləri qoyub qaçdın?”

Parqevin 1992-ci ildə Şuşanın işğalı zamanı azərbaycanlılara məxsus evləri öz istədiyi şəxslərə payladığını bildirən bloger onun bu əməllərinin “müqəddəsliklə” uyğun gəlmədiyini deyib:“Sən necə müqəddəs atasan ki, azərbaycanlıların evlərini istədiyin adamlara paylayırdın? Hansı əsasla yanındakılara deyirdin ki, bu üçotaqlı mənzil sənindir, bu ikiotaqlı mənzili sən götür? Axı o evlərdə azərbaycanlı qadınlar övladlarını dünyaya gətiriblər. Məgər “müqəddəs ata”bir vaxtlar azərbaycanlı uşaqların gülümsədiyi evlərə toxuna bilər? Sən niyə belə işlərlə məşğul olurdun?”

Bu həmin Parqev Martirosyandır ki, Qarabağ münaqişəsi başlayandan sonra orada yaşayan erməni icmasının əsas din xadimi kimi hadisələrin gedişatında aktiv rol oynamışdı. 1992-ci ilin 8 may tarixində Şuşanın işğalı zamanı Martirosyanın xüsusi fəaliyyəti qeyd olunur – işğal əməliyyatı başlamamışdanəvvəl arxiyepiskop döyüşçülərə şəxsən xeyir-dua vermişdi. Bundan başqa, onun Qarabağmüharibəsinin 

gedişatında azərbaycanlılara qarşı vəhşilikləri ilə tanınan“Xaçlılar” adlı könüllü hərbi birləşmənin rəhbərləri Karo Kahkeçyan və Monte Melkonyanla yaxın əlaqələrinin olduğu da çoxlarına sirr deyil.

Qeyd edək ki, əsl adı Qurqen olan erməni arxiyepiskop 1954-cü ilin 20 mart tarixində Azərbaycanda, Sumqayıt şəhərində anadan olub.Ailəsinin əsli Şəmkir rayonunun Çardaxlı kəndindəndir və 1966-cı ildə ailə üzvləri ilə birlikdə İrəvan şəhərinə köçüb.1985-ciildə erməni Qriqorian kilsəsinə rahib qəbul olunan zaman ona Parqev adı verilib. 1988-ci ilin noyabr ayından yepiskop rütbəsi ilə Qarabağ yeparxiyasının rəhbəri vəzifəsinə təyin olunub. Parqev dindən başqa şərq əlbəyaxa döyüş növləri ilə də məşğul olur. KarateninŞotakan növü üzrə I dan qara kəmər sahibi olan Parqev, eyni zamanda Ermənistan Karate Federasiyasının fəxri prezidentidir.

“Həmyerlimiz” Martirosyan din pərdəsi altında gizlənərək Birinci Qarabağ müharibəsində bu cür “müqəddəs ata”lıq edib,azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədib.

Bax belə... Manyakı azərbaycanlı adından istifadə edir, Azərbaycanın çörəyi ilə böyümüşü dini bizə qarşı cinayətlərdə istifadə edir... Di gəl erməniyə qarşı da tolerant ol. Yenə yaxşı ki, hərdən roman baqdasaryanları tapılır nələrisə etiraf etməyə:“Həqiqətləri demək lazımdır...”