Vəli İlyasov |
Ermənilərin başqalarına sədaqətindən heç danışmağa dəyməz
Bir müddət əvvəl Rusiya mətbuatında həyəcanla bildirilirdi ki, Ermənistanda ABŞ-ın biolaboratoriyalarının işləməsinə razılıq verilib. Bunu özlərinə kəskin təhdid hesab edən rus politoloqları və siyasətçiləri Ermənistana barmaq silkələyərək buna yol verərsə cəzası ağır olar-deyirdilər. İndi məlum olur ki, qorxduqları şey başlarına gəlib, yəni ABŞ biolaboratoriyaları artıq Ermənistanda fəaliyyətdədir. Hətta ölkənin yüksək vəzifəli şəxsləri kimsədən qorxub-çəkinmədən bu barədə sağa-sola müsahibələr də verməkdədirlər. “Ölkəmizdəki laboratoriyalarda Ermənistan vətəndaşları işləyirlər və onlar qanunvericilik çərçivəsində fəaliyyət göstərirlər. İşçilərin fəaliyyətləri dövlətin maraqlarına xidmət etməyə yönəlib. “
Bunu jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan deyib.
O xatırladıb ki, baş nazir Nikol Paşinyanın fərmanına əsasən, ölkədə biotəhlükəsizlik sahəsini əlaqələndirən işçi qrup fəaliyyət göstərir. Qrupun işini isə Ermənistan Təhlükəsizlik Şurasının katibi çəxsən əlaqələndirir. Qriqoryanın sözlərinə görə, qrup bütün beynəlxalq tərəfdaşlarla intensiv şəkildə işləyir və rusiyalı mütəxəssislər Ermənistana məhz onun fəaliyyəti çərçivəsində səfər ediblər. Görün Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya kələk gəldiklərinə necə izahat verir: - “Ermənistan tərəfi onların qaldırdıqları bütün məsələlərə dolğun cavablar verib. Qeyd olunur ki, bütün laboratoriyalarda ölkəmizin vətəndaşları çalışır və onlar milli qanunvericiliyə uyğun fəaliyyət göstərirlər. Həmin işçilərin fəaliyyətləri dövlətin maraqlarına xidmət etməyə yönəlib. Bundan başqa bioloji təhlükəsizlik məsələsi iki ölkənin təhlükəsizlik qüvvələri arasında əməkdaşlıq gündəmindədir. Bu sözlərlə o, Ermənistanın mövqeyini sığortalamağa çalışıb, həmçinin bildirib ki, bu yaxınlarda Təhlükəsizlik Şurası ofisinin rəhbəri Hayk Petrosyan Moskvada olub və orada idarələrarası komissiyaların iclasında iştirak edib. Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, burada bütün mümkün suallar müzakirə olunub, Kremlə konkret cavablar da verilib. Həmçinin ölkələr arasında biotəhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri də müzakirə olunub. Armen Qriqoryan xatırladıb ki, Ermənistan və Rusiya arasında hətta biotəhlükəsizliyə dair hökumətlərarası anlaşma memorandumu imzalanıb: "Ermənistan müxtəlif təhdidlərlə mübarizədə öz imkanlarını artırmaq məqsədilə biotəhlükəsizlik məsələlərində bütün tərəfdaşları ilə əməkdaşlığı davam etdirir. Bu əməkdaşlıq beynəlxalq standartlar əsasında və şəffaflıq şəraitində həyata keçirilir.” Belə çıxır ki, Ermənistan Rusiyaya söz versə də, ancaq ABŞ-ın biolaboratoriyalarının açılmasına icazə verib.
Ona görə də TŞ katibinin sözləri qarşı tərəfi nəinki ovundurub, əksinə təşvişə salıb. Xatırladaq ki, bu günlərdə Rusiyanın Ermənistandakı səfirliyi bəyanat yayaraq qeyd edib ki, Ukraynada biolayihələrdə iştirak edən strukturların Ermənistanda olması diqqətlə təhlil edilməlidir. Diplomatik nümayəndəliyin bəyanatında qeyd olunur ki, Rusiya bioloji təhlükəsizlik sahəsində Ermənistanla məhsuldar və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir. Səfirlik onu da qeyd edib ki, ABŞ və müttəfiqləri Rusiya sərhədlərinin bilavasitə yaxınlığında, Ermənistanda nə etdiklərinin izahatını vermirlər. Bu amil Rusiyanın bioloji təhlükəsizliyinin təmin edilməsi kontekstində nəzərdən keçirilir. Ermənistanın Rusiyanın başı üzərindən iş görməsi Moskvada elə gözlənilməz qarşılanıb ki, rəsmilər hələ buna necə münasibət bildirməyi kəsdirə bilməyiblər. Ermənilərin qəfil üzə çıxan xəyanəti onları əməllil-başlı çaşdırıb.
Qeyd edək ki, Rusiya rəsmiləri ABŞ-ın Ukraynadan sonra Qafqazda, konkret olaraq Gürcüstanda və Ermənistanda təhlükəli biolayihələr həyata keçirdiyini bəyan edirlər. Konkret olaraq hər iki ölkədə Rusiya əleyhinə bioloji laborotoriyalar qurulduğu deyilir.
Buyurun, bu da Ermənistanın öz üç yüz illik ağasına sədaqəti. Əslində ermənilərin xəyanətkarlığını dünyada bilməyən kəs yoxdur. Ancaq bu dərəcədə xəyanətkarlıq çox ağ oldu. Adolf Hitler hələ İkinci Dünya müharibəsi illərində ayaqlarına sarmaşan erməniləri rədd edərək onlara inanmadığını demişdi. Bildirmişdi ki, dostlarını üç dəfə satan dördüncü dəfə də satar. Alıb-satmaq isə ermənilər üçün sadə bir işdir. Bəyəm, az görmüşük? Torpağımızda onlara sığınacaq versək də bizə qarşı sayız-hesabsız xəyanətlər ediblər. Bu hesabla ermənilərin başqalarına sədaqətindən heç danışmağa dəyməz.