KÖŞƏ

Mahir Rəsuloğlu

Sən onlardan dəyərli idin, “Dina”!

02 sentyabr 2022 01:15
1251

Künc zərbəsi

Ermənidən daha mərhəmətli itin fədakarlığına ithaf olunur...

Dünyanın ab-havasının, rənginin pisə doğru dəyişdiyi, hər gün yüzlərlə, minlərlə günahlı-günahsız insanın qətlə yetirildiyi müharibələr əsrində bir itin minaya düşərək ölməsi bəlkə heç xəbər yükü daşımazdı. Baxmayaraq ki, mən insanların qəddarlıqlarının əziyyətini dilsiz-ağılsız heyvanların çəkməsi ilə heç cür barışa bilmirəm və bu kimi hadisələr haqqında eşidəndə bütün insanlıq adına utanıram. Tək elə Azərbaycanda 30 illik işğal dövründə Qarabağın, Şərqi Zəngəzurun minalarla və partlamamış döyüş sursatları ilə çirkləndirilmiş ərazilərində neşə-neçə vəhşi heyvan erməni qəddarlığının qurbanına çevrilərək ya həyatını itirib, ya da şikəst olub. Bu gün də o meşələrdə, dağlarda mina partlayışı sonrası gözünü, əı-ayağını itirdiyindən normal yeriyə bilməyən, həyatda qalmaq üçün ikiqat əziyyət çəkən canlılar dolanmaqdadır. Təsadüf nəticəsində ayağını üstünə basmış heyvanları öldürən, şikəst edən erməni minalarının basdırılmağının əsl məqsədi isə daha dəhşətlidir. Ermənilər bu cinayətləri dinc insanların, ya bəlkə hansısa günahsız bir körpənin qətlə yetirilməsinə səbəb olacaq başqa qanlı cinayətlər üçün bilərəkdən törədirlər. Təsadüflər və ya talesizliklər heyvanların qurbana çevirilməsi ilə nəticələnir...

Ancaq avqustun 30-da Qubadlı rayonu ərazisində ərazilərin minalardan təmizlənməsi zamanı itin tələf olması ona görə diqqətə alınmalı xəbərdir ki, “Dina” adlı həmin it özü də minatəmizləmə əməliyyatında iştirak edib. 3 ayından xüsusi oyun meydançasında təlimlər keçən “Dina” 18 ayından sonra müxtəlif növ partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələnib. Akkreditasiyadan keçdikdən sonra bələdçisi ilə sahə əməliyyatlarına cəlb olunub. 2022-ci ilin yanvar ayından öldüyü günə qədər “Dina” Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarında 191 min 927 kv. metr ərazinin mina və partlamamış hərbi sursatdan təmizlənməsinin iştirakçısı olub. Beləliklə, “Dina” bəlkə də onlarla insanımızın həyatını təhlükədən xilas edib.

Onun minaya düşməsinin səbəbi isə daha təsirlidir – “Dina” öz sahibini qorumaq üçün irəli atılıb, mina prtlayıb və o, tələf olub. Yəni, it çox bağlı olduğu, çox sevdiyi sahibini ölümdən xilas etmək naminə həyatından keçib!

Mütəxəssislərin bildirdiklərinə görə, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsində istifadə edilən itlər əsasən Belçika və alman ovçarkalarıdır. Əsas cins isə “Malinua” cinsidir. Bu itlərə üstünlük verilməsinin əsas şərtlərindən biri onların daha etibarlı, itaətkar və sədaqətli olması ilə bağlıdır.

Minatəmizləyən itlər ilkin təlimlərini öz ölkələrdə alır. Ölkəmizə gətirildikdən sonra isə həmin itlərin təlimləri bir neçə mərhələdən keçməklə davam etdirilir. Son təlim mərhələləri yerli mütəxəssislər tərəfindən həyata keçiriləndən, itlər akkreditasiya olunduqdan sonra mina sahəsinə buraxılırlar.

Ermənilərin vəhşiliyi sayəsində hələ də Azərbaycan dünyanın əraziləri minalarla və partlamamış döyüş sursatları ilə ən çox çirkləndirilmiş ölkələri siyahısındadır. Şanlı Qələbəmizlə bitən 44 günlük Vətən müharibəsindən keçən iki ilə yaxın müddətdə onminlərlə minanın tapılaraq zərərsizləşdirilməyinə baxmayaraq bu gün yenə də Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında quruculuq işlərinin sürətlə aparılmasına mane olan ən mühüm faktor ərazilərin başdan-başa minalanmasıdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) son məlumatları da bu problemin nə qədər ciddi olduğunu göstərir. Həmin qurumların minatəmizləyənləri tərəfindən aparılan əməliyyatlar zamanı Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə minalar aşkarlanıb. Yalnız bu il avqustun 15-dən 31-dək, yəni cəmi 15 gün ərzində 1 318 ədəd PMN-Э növlü mina aşkar edilib. Həmin minaların ötən il Ermənistanda istehsal olunduğu müəyyənləşdirilib.

Bununla da Ermənistan 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini nümayişkaranə şəkildə pozub. Bundan başqa, 1997-ci ildə qəbul edilmiş beynəlxalq Ottava Müqaviləsi də piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.

Ermənilərin çox da baha başa gəlməyən piyadalar əleyhinə minaları istehsal edərək ərazilərimizdə kütləvi şəkildə basdırmaları onların vəhşiliyinin təzahürü olmaqla yanaşı, regionda sülhə və təhlükəsizliyə vurulan zərbə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir.

Elə “Dina”nın tələf olması da məhz erməni vəhşiliyinin nəticəsidir. Paradoks isə burasındadır ki, ali varlıq sayılan insan (əgər erməniyə insan demək mümkündürsə) digər dinc insanların həyatına son qoymaq üçün ən alçaq üsullara əl atır. Bəzən aşağıladığımız, şüursuz saydığımız it isə bir insanın həyatını xilas etmək üçün fədakarcasına minanın üstünə atılır. Demək, “Dina” ermənilərdən daha xeyirxah imiş, daha ali varlıq imiş! Heyf səndən, “Dina” kaş sənin əvəzinə o minaları torpaqlarımıza basdıranlar öləydi...