28 mart 2023 17:07
339

ABŞ-la dialoqun bərpası üçün ilkin əlamətlər hələ ki görsənmir- Lavrov

“ABŞ-la dialoqun bərpası üçün ilkin əlamətlər hələ ki görsənmir”.

“İki sahil”  TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton Moskva ilə dialoqu bərpa etmək üçün dövlətlərarası münasibətlərin sivil prinsiplərinə qayıtmalıdır: “Amma bunun əlamətləri hiss edilmir”.

Qeyd edək ki, Lavrov daha əvvəl ABŞ-ın bütün sərhədləri aşdığını söyləmişdi.