Serbiya Prezidenti Aleksandr Vuçiç Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya ilə görüşəcək.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Serbiya Prezident Administrasiyasının mətbuat xidməti bu haqda məlumat yayıb. Qəbulun bu gün Belqraddakı Baş Katibliyin binasında keçirilməsi planlaşdırılır.
Administrasiyanın qısa açıqlamasında görüşün mövzusu göstərilməyib. Amma tədbirin formatı açıqdır və jurnalistlər iştirak edə bilərlər.
Xatırladaq ki, bu gün Yelena Zelenskaya, xarici işlər naziri Dmitri Kuleba və səfir Vladimir Tolkaçdan ibarət Ukrayna nümayəndə heyəti Serbiyaya gedib. Xanım Zelenskayanı Serbiya Prezidentinin xanımı Tamara Vuçiç qəbul edib. Xanım Zelenskaya Belqradda Aleksandar Vuçiçin həyat yoldaşının ev sahibliyi etdiyi psixi sağlamlıq mövzusunda konfransın açılışında çıxış edib.