21 iyun 2024 09:19
255

İkinci Sülh Sammiti “Qlobal Cənub” ölkəsində keçiriləcək?

Ukrayna ikinci Sülh Sammitini “Qlobal Cənub” ölkəsində keçirməyə qərarlıdır.

“İki sahilxəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna televiziyasında məlumat verib.

"Təkcə Səudiyyə Ərəbistanı nəzərdən keçirilmir. Biz həqiqətən də ikinci Sammiti "Qlobal Cənub" adlanan bir ölkədə keçirmək əzmindəyik. İkinci Sammitin keçirilməsində maraqlı olan bir neçə oyunçu var”, - deyə o bildirib.

Kulebanın sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski İsveçrədə Avropa, Latın Amerikası və Afrika liderləri ilə danışıqlar mövqeyini formalaşdırmaq üçün birinci və ikinci sammitlər arasında aralıqda Ukrayna Sülh Formulasının hər bir bəndi üzrə tematik tədbirlərin keçirilməsi barədə razılığa gəlib: "Yəni, maksimum sayda ölkə tərəfindən dəstəklənən ən güclü mövqe ilə ikinci sammitə daxil olmaq üçün indi çox iş görüləcək".

Xatırladaq ki, iyunun 15-16-da İsveçrədə Ukraynanın təşəbbüsü ilə Qlobal Sülh Sammiti keçirilib. Sammitdə dünyanın müxtəlif ölkələrindən 100-dən çox ölkə və təşkilat iştirak edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”