27 iyun 2024 09:19
130

Laçında yabanı halda bitən 1 tondan artıq çətənə bitkisi toplanılaraq yandırılıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, tədbir zamanı Qarıqışlaq kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 6050 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.