01 iyul 2024 02:55
150

İspaniya millisinin baş məşqçisi: Qol vurmayanda narahatlığın artığını gördüm

Futbolçularımdan hücum üçün doğru anları axtarmalarını istədim.

“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki. bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsində qarşılaşdıqları Gürcüstanla oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis futbolçulara narahatlıqlarını ağıllarından çıxarmalarını tapşırdıqlarını söyləyib: "Fasilədə mesajım ilk hissədə dediyim sözlər idi. Sakitlik, narahatlıq, stressli qərarlar olmamalıdır. Qol vurmayanda narahatlığın artığını gördüm. Hansı ki bu gərginliyə səbəb ola bilərdi. Ona görə də narahatlıqları ağıllarından çıxarmalarını istədim".

Qeyd edək ki, İspaniya - Gürcüstan matçında birincilər 4:1 hesablı qələbə qazanıb.