ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə və İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü görüşü görüşü gözlənilir.
“İki sahil”in xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Tramp Ağ Evdə hökumət fərmanlarının imzalanması zamanı deyib ki, Vladimir Putinlə danışıq yaxın günlərdə baş tuta bilər: “Mən Prezident Putinlə görüşəcəyəm. Bu, çox tezliklə baş verə bilər”.
İsrailin ABŞ-dəki səfiri Maykl Hersoq isə səlahiyyət müddətinin başa çatması münasibətilə “Walla” portalına müsahibəsində deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu yaxın həftələrdə Vaşinqtona səfər etməyi və andiçmə mərasimindən sonra ABŞ-nin 47-ci Prezidenti Donald Trampla görüşən ilk xarici liderlərdən biri olmağı planlaşdırır.
"Baş nazir Netanyahunun yaxın həftələrdə Ağ Evə səfəri gözlənilir. Bu məsələ ilə bağlı müzakirələr davam edir, lakin hələ yekun tarix yoxdur", - səfir deyib.