07 fevral 2025 09:30
88

KİV: Alyaskada 10 nəfərin olduğu təyyarə radardan itib

İçərisində 10 nəfər olan təyyarə Alyaska ştatı üzərində radar ekranlarından itib.

İki sahil” xəbər verir ki, bu barədə “Anchorage Daily News” məlumat yayıb.

Qeyd edilib ki, “Bering Air” təyyarəsi Unalakleetdən Nomeyə uçurmuş. Təyyarədə doqquz sərnişin və bir pilot olub.

Hadisənin səbəbləri müəyyənləşdirilir. Nəşr qeyd edir ki, əlverişsiz hava şəraiti və zəif görmə axtarış əməliyyatlarına mane olur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”