07 fevral 2025 11:57
81

Qrossi "Rosatom"un rəhbəri ilə görüşüb

“Rosatom”un baş direktoru Aleksey Lixaçev və MAQATE-nin direktoru Rafael Qrossi Moskvada danışıqlara başlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə RİA Novosti məlumat yayıb.

İclasda Zaporojye AES-lə bağlı məsələlər müzakirə olunur.

Qeyd olunur ki, məsləhətləşmələr AES-in pavilyonunda keçirilir.

Rusiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Rusiya Milli Qvardiyası və Rostexnadzorun nümayəndələri də daxildir.