07 fevral 2025 11:28
87

Sandu Rusiyanın yeni səfirinin etimadnaməsini NİYƏ QƏBUL ETMİR?

Moldova Prezidenti Maya Sandu Rusiyanın Kişinyovdakı yeni səfiri Oleq Ozerovun etimadnaməsini təqdim etmə prosedurunu qəsdən təxirə salıb.

“İki sahil” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Etimadnamələrin təqdim edilməli olduğu dövrdə Moskvada bir məmur Moldova Respublikası ilə bağlı çox hörmətsiz bəyanatlar verdi. Bu qərarı nə vaxt verəcəyimi düşünəcəm”, - deyə, TASS onun sözlərini sitat gətirib.

Sandu bəyanatın təfərrüatlarına varmayıb, lakin qeyd edib ki, Moskva Moldovanın suverenliyinə hörmət etmir.

Yanvarın əvvəlində Rusiya səfirliyinin nümayəndəsi Dnestryanıda enerji böhranı ilə bağlı bəyanatlardan sonra Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.