Fələstinin HƏMAS hərəkatının silahlı qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın nümayəndələri İsraillə Qəzza zolağında atəşkəs haqqında razılaşma çərçivəsində beşinci girov qrupunu azad etməyə hazırlaşır.
“İki sahil” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, 3 israilli məhbusun müqabilində 183 fələstinli məhbus azad ediləcək.
Məhkumların dəyişdirilməsinin anklavın mərkəzindəki Deyr əl-Bələh şəhərində olacağı planlaşdırılır.
Qeyd edək ki, dünən HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə azad ediləcək 3 israilli məhbusun adlarını da açıqlamışdı.
Xatırladaq ki, Qəzza zolağında atəşkəs yanvarın 19-dan qüvvəyə minib.