Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub.
“İki sahil” xəbər verir ki, son olaraq B qrupunda iki qarşılaşma keçirilib.
"Lənkəran" doğma meydanda "Ordu"ya 97:98 hesabı ilə uduzub.
"Şəki" isə səfərdə "Gəncə"yə yenilib - 77:91.
Xallarının sayını 24-ə çatdıran "Gəncə" yenidən liderliyə yüksəlib. Eyni xala malik "Şəki" ikinci, "Ordu" üçüncü pillədə qərarlaşıb. 17 xalı olan "Lənkəran" sonuncu - altıncı sıradadır.
Qeyd edək ki, XIV turun daha əvvəl keçirilən matçlarında "Sabah" NTD-ni 96:85, "Neftçi" "Sərhədçi"ni 82:67, "Naxçıvan" "Abşeron"u 76:70, "Quba" "Sumqayıt"ı 90:80 hesabı ilə məğlub edib.