15 fevral 2025 18:13
121

Rutte: NATO ölkələri öhdəlikləri yerinə yetirməsə, Vaşinqtondan...

NATO ölkələrinin rəhbərləri müdafiə xərclərinə əhəmiyyətli artımın vacibliyini daha yaxşı başa düşməyə başlayıblar.

“İki sahil” xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

"İndi müdafiəyə ÜDM-in 2 faizinin kifayət etmədiyini deyəndə daha çox dəstək alıram", - o qeyd edib.

Rutte yenidən bildirib ki, NATO ölkələri müdafiəyə ÜDM-in ən azı 5 %-ni xərcləməyə can atmalıdır.

Onun fikrincə, əgər NATO bu xərclərin artırılmasına razılaşsa, sonra ölkələrin götürdükləri öhdəlikləri yerinə yetirməsi mümkün olacaq.

"Əvvəlcə məndən zəng alacaqsınız. Əgər yenə də vəd edilənləri yerinə yetirməsəniz, Vaşinqtondan çox yaxşı bir insan sizinlə əlaqə saxlayacaq", - M.Rutte bildirib.