15 fevral 2025 19:06
119

Danimarkanın Baş naziri: Ukraynaya verilə biləcək ən yaxşı şey NATO-ya üzvlükdür

"Mən bir neçə ildir ki, dəfələrlə demişəm: xahiş edirəm, Ukrayna üçün qırmızı xətləri aradan qaldırın. Bəzi müttəfiqlər buna qarşı olsalar da, Ukraynaya verilə biləcək ən yaxşı şey NATO-ya üzvlükdür. Əgər onlar NATO-nun üzvü olsaydılar, biz Ukraynada heç vaxt müharibə etməzdik".

“İki sahil” xəbər verir ki, ​bunu Danimarkanın Baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı deyib.

Frederiksen Ukraynaya silah tədarükünün vacibliyini də vurğulayıb: "Keçən il müttəfiqlər Vaşinqtonda Ukraynaya ən azı altı və ya yeddi hava hücumundan müdafiə sistemi verəcəklərini vəd ediblər. Hava hücumundan müdafiə olmadan ölkəni qoruya bilməzsiniz".