“Pekin Ukrayna münaqişəsinin həlli üzrə bütün səyləri, o cümlədən ABŞ-ın Rusiya Federasiyası ilə son günlərdə əldə etdiyi anlaşmanı alqışlayır”.
“İki sahil” xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransının açılışında çıxış edən Çinin xarici işlər naziri Vanq Yi söyləyib.
"Bütün tərəflər lazımi vaxtda Ukrayna üzrə sülh danışıqlarında iştirak etməlidir", - diplomat bildirib.
O qeyd edib ki, Çin Rusiya qazından imtina etməyə hazır deyil, çünki başqa ölkələr Çinə lazım olan böyük həcmdə resurs verə bilmir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”