21 fevral 2025 08:16
130

Cəbrayıl sakini: Mənim üçün həyat dayanmışdı

Cəbrayıldan 35 yaşımda çıxmışdım. Mən oranı tərk edəndən - Cəbrayıl işğal olunandan bəri yaşadığım ömrü həyat hesab etməmişəm. Mənim üçün həyat dayanmışdı. İndi gedirəm Cəbrayılda 36 yaşımı qeyd edəm.

“İki sahil” xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Fəxrəddin Abbasov söyləyib.

O, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını ifadə edib, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 33 ailə - 183 nəfər köçürülüb.