22 fevral 2025 09:20
113

MPL: “Araz-Naxçıvan” “Səbail”i, “Qarabağ” - “Sabah” qəbul edəcək

Misli Premyer Liqasında 24-cü turun oyunları davam edir.

İki sahil”in məlumatına görə, əvvəlcə 44 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da 17 xalla sonuncu pillədəki “Səbail”i qəbul edəcək.

Günün ikinci müsabiqəsində 32 xalla 5-ci sıradakı “Sabah” Tofiq Bəhramov adına Respublika Stadionunda 56 xalla turnir cədvəlinə liderlik edən “Qarabağ”la qarşılaşacaq.

Tura sabah – fevralın 23-də “Şamaxı” - “Turan Tovuz” və “Zirə” - “Kəpəz” yarışları ilə yekun vurulacaq.

Xatırladaq ki, turun ilk oyununda “Neftçi” “Sumqayıt”ı minimal hesabla (1-0) məğlub edib.

Misli Premyer Liqası,

XXIV tur

22 fevral (şənbə)

16:00. “Araz-Naxçıvan” - “Səbail”

Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Cəmil Quliyev

Liv Bona Dea Arena”

 

19:00. “Qarabağ” - “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Tofiq Bəhramov adına Respublika Stadionu

23 fevral (bazar)

14:30. “Şamaxı” - “Turan Tovuz”

17:00. “Zirə” - “Kəpəz”

21 fevral (cümə)

19:00. “Neftçi” 1-0 “Sumqayıt”

Məhərrəm Ağalaroğlu, “İki sahil”