22 fevral 2025 16:03
119

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda yarımfinala yüksəlib

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, idmançı buna Milli Gimnastika Arenasında təşkil olunan ilk yarış günündə 55.000 xal toplayaraq nail olub.

O, bu göstərici ilə 21 qadın gimnast arasında 5-ci yeri tutub.

Bu növdə ən çox xal toplayan ilk 8 idmançı yarımfinala yüksəlib. Azərbaycan yığmasının digər üzvü Şəfiqə Hümbətova (46.890) isə 18-ci olub.

Bu gün, həmçinin, tamblinq üzrə kişi və qadınlar arasında təsnifat mərhələsinin yarışları keçiriləcək.

Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq.