22 fevral 2025 17:33
123

Qvardiola Öməri Salahla müqayisə etdi

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Ömər Marmuş haqda danışıb. 

“İki sahil” İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis hücumçusunun "Liverpul"un futbolçusu Mohamed Salahla müqayisəsindən danışıb: 

"Salah uzun illərdir ən çətin liqada özünü göstərir. Uzun illərdir bunu edir. İndi isə Marmuş özünü sübut etməyə gəlib. Ömər Almaniyada inanılmaz idi. Burada isə görəcəyik. Onun gələcəyi və oyunu əldə etdiyi səviyyəni bəlli edəcək". 

Qeyd edək ki, "Mançester Siti" Ömər Marmuşu ötən ay "Ayntraxt"dan transfer edib. 26 yaşlı misirli futbolçu "şəhərlilər"lə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. O, bu mövsüm 32 oyuna çıxaraq 23 qol vurub və 14 qolun ötürməsini edib.