ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri Elon Mask Vaşinqtonun Ukraynanı Starlink peyk rabitə sistemindən istifadəsini dayandırmağı düşündüyü barədə “Reuters” agentliyinin xəbərini təkzib edib.
“Reuters”: ABŞ Ukraynanın “Starlink” peyk internet sisteminə çıxışını kəsmək istəyir
"Bu yalandır. “Reuters” yalan danışır. Köhnə medianın yalançıları arasında onlar yalnız AP-dən (Associated Propaganda) sonra ikinci yerdədirlər", - Mask “Reuters”in xəbərini şərh edərkən “X”də yazıb.
Xatırladaq ki, “Reuters” mənbələrinə istinadən xəbər yayıb ki, ABŞ nadir torpaq metalları üzrə ikitərəfli sazişin bağlanması üçün Kiyevə təzyiq göstərmək tədbirlərindən biri kimi Ukraynanın “Starlink”dən istifadəsini qadağan etmək imkanını nəzərdən keçirir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”