Ukraynanın kritik minerallarına çıxış üçün Kiyevə təzyiq edən ABŞ müzakirəçiləri ölkənin İlon Maskın həyati əhəmiyyət daşıyan “Starlink” peyk internet sisteminə çıxışını kəsmək ehtimalını gündəmə gətirib.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın maliyyə naziri Skott Bessentin ilkin təklifini rədd etdikdən sonra Ukraynanın “SpaceX”ə məxsus “Starlink”ə çıxışının davam etməsi ABŞ və Ukrayna rəsmiləri arasında müzakirələrdə gündəmə gəlib.
“Starlink” müharibədən dağılan Ukrayna və onun ordusuna mühüm internet bağlantısı təmin edir.
Danışıqlarla bağlı məlumatlandırılan mənbələrdən biri deyib ki, cümə axşamı ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloqla Zelenski arasında görüş zamanı məsələ yenidən gündəmə gəlib.
Qapalı danışıqları müzakirə etmək üçün anonimlik tələb edən mənbə, görüş zamanı Ukraynaya kritik minerallar üzrə razılığa gəlmədiyi təqdirdə xidmətin qaçılmaz şəkildə dayandırılacağı bildirilib.
"Ukrayna “Starlink” üzərində işləyir. Onlar bunu öz Şimal Ulduzu hesab edirlər", - mənbə bildirib.
Zelenski prezident Donald Tramp administrasiyasının Vaşinqtona müharibə zamanı yardıma görə ödəmək üçün Ukraynadan 500 milyard dollarlıq mineral sərvət tələb etməsini rədd edərək, ABŞ-ın heç bir konkret təhlükəsizlik zəmanəti vermədiyini deyib.
Atlantik Şuranın baş əməkdaşı Melinda Harinq deyir ki, “Starlink” Ukraynanın hərbi strategiyasının əsas sütunu olan pilotsuz təyyarələrin istismarı üçün vacibdir.
"Starlink”i itirmək oyunu dəyişdirəcək", - deyən Harinq, Ukraynanın pilotsuz təyyarələrdən istifadə və artilleriya mərmiləri baxımından Rusiya ilə 1:1 nisbətində olduğunu qeyd edib.
Ukrayna dəniz dronlarından və müşahidə pilotsuz təyyarələrindən tutmuş uzun mənzilli pilotsuz uçuş aparatlarına qədər geniş çeşiddə müxtəlif dron imkanlarına malikdir.
Ukraynanın Vaşinqtondakı səfirliyi, Ağ Ev və ABŞ Müdafiə Nazirliyi şərh sorğusuna cavab verməyib.
“Starlink”i idarə edən “SpaceX” də şərh sorğusuna cavab verməyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”