Şirin kartof
Şirin kartof orqanizmi ultrabənövşəyi şüaların vura biləcəyi zərərin qarşısını alan A vitamini ilə təmin edir. Dəri üçün faydalı olmaqla yanaşı, aşağı kalorilidir və çoxlu lifə malikdir.
Avokado
Bu meyvənin tərkibində immuniteti gücləndirən əsas antioksidant olan E vitamini var.
Tünd şokolad
Kakao ilə zəngin olan tünd şokoladda teobromin var. Bu, ağ qan hüceyrələrini qida emal edildikdə və ya çirkləndiricilərlə təmasda olduqda əmələ gələn molekullardan qoruyan bir maddədir. Şokoladda çoxlu kalori və doymuş yağ olduğundan, kakao faizi yüksək olan tünd şokolad seçmək daha yaxşıdır.
Sarımsaq
Antibakterial, anti-viral və göbələk əleyhinə fəaliyyət göstərən müxtəlif antioksidantlara malikdir. Sarımsaq soyuqdəymənin qarşısını alır və hərarətə qarşı təsirlidir, həmçinin təzyiqi aşağı salır.
Badam
Ümumiyyətlə, qoz-fındıq və xüsusilə badam E vitamini ehtiva edir. Bundan əlavə, sağlam immun sistemini qorumaq üçün lazım olan yağlarla zəngindir.
Qaragilə
Onun antioksidant xüsusiyyətləri antosiyanindən gəlir, bu da ona tünd rəng verir. Qaragilə tənəffüs yollarının əla qoruyucusudur.
Brokoli
Tərkibində müxtəlif minerallar və vitaminlər var. Ən diqqət çəkənləri A, C və E, həmçinin antioksidantlar və lifdir. Onların maksimum gücünü əldə etmək üçün brokolini mümkün qədər az bişirmək lazımdır.
Sitrus meyvələri
C vitamini ilə zəngin limon, portağal və ya naringi və qreypfrut ağ qan hüceyrələrinin istehsalını stimullaşdırır. Onları hər gün yemək məsləhətdir. Soyuqdəymənin də qarşısını almağa kömək edir.
Qulançar
A vitamini ilə zəngindir, onun əsas faydaları immuniteti yaxşılaşdırmaq və dərinin cavanlaşmasına kömək etməkdir.
İspanaq
İspanaqda infeksiyaya qarşı mübarizə aparan və DNT-ni bərpa etməyə kömək edən antioksidantlar, beta karotinlər və C vitamini var. Onu bişirməyin ən yaxşı yolu, bu komponentlərdən tam fayda görmək üçün çox az qaynatmaqdır.
Buğda dənəsi
Sink, E vitamini və xüsusilə B6 vitamini ilə zəngin buğda rüşeymləri immunitet sisteminin istənilən təhlükəyə optimal şəkildə cavab verməsinə kömək edir.
Kefir və qatıq
Kefir (süddən fermentləşdirilmiş) digər bakteriyalarla mübarizə aparmağa, iltihabı azaltmağa və antioksidant fəaliyyətini artırmağa kömək edən bakteriyaları inkişaf etdirir. Qatıq isə D vitamini ehtiva edir və protein, kalsium və sink mənbəyidir.
Balıq
Somon, ton balığı və skumbriya kimi yağlı balıqlar revmatoid artritlə mübarizə aparan Omeqa 3 turşuları ilə zəngindir.
Yerkökü
Yerkökü infeksiya və xəstəliklərlə mübarizə aparan ağ qan hüceyrələrinin istehsalına kömək edən təbii piqment olan beta-karotinlə zəngindir.
Nubar Süleymanova, “İki sahil”