Ukraynanın yaxın on ildə bərpası 524 milyard dollar tələb edir.
“İki sahil” xəbər verir ki, bunu ölkənin baş naziri Denis Şmıxal öz Telegram kanalında bildirib.
"Növbəti onillikdə Ukraynanın bərpası üçün ehtiyaclar 524 milyard dollar təşkil edir. Bunu Dünya Bankının zərər və ehtiyacların qiymətləndirilməsi ilə bağlı hesabatı göstərir... Yeni məlumatlar əvvəlki təxminləri 38 milyard dollar üstələyir".
O, həmçinin qeyd edib ki, Ukraynanın bərpası “qlobal miqyaslı layihəyə” çevrilməlidir. O, daha əvvəl bəyan etmişdi ki, Ukraynanın bərpası üçün 500 milyard avro lazımdır.
Ukraynanın baş naziri həmçinin bildirib ki, Ukrayna 10 GVt generasiya gücünü itirib.