Qazaxıstan hökumətinin qərarı ilə ölkədə ilk atom elektrik stansiyasının (AES) inşa ediləcəyi yer təsdiq edilib.
“İki sahil” xəbər verir ki, sənədə əsasən, AES Jambıl rayonunun Almatı əyalətində tikiləcək.
Qazaxıstan ilk AES-in tikintisinə iddiaçıları da müəyyənləşdirib. Siyahıya Çinin CNNC, Cənubi Koreyanın KHNP, Rusiyanın “Rosatom” və Fransanın EDF şirkətləri daxil edilib. Mövcud plana əsasən, ölkədə ikinci və üçüncü AES-in inşası da planlaşdırılıb.